...

ATƏT-in Minsk qrupu Madrid prinsipləri çərçivəsində işləməyə davam edəcəyinə ümid edir - amerikalı həmsədr

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 Oktyabr 2009 17:39 (UTC +04:00)
ATƏT-in Minsk qrupunun amerikalı həmsədri öz həmkarları ilə Madrid prinsipləri əsasında işləməyə davam edəcəyinə ümid edir.
ATƏT-in Minsk qrupu Madrid prinsipləri çərçivəsində işləməyə davam edəcəyinə ümid edir - amerikalı həmsədr

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri öz həmkarları ilə Madrid prinsipləri əsasında işləməyə davam edəcəyinə ümid edir. Bu barədə "Novosti Armeniya" saytı məlumat verir.

"Qarabağ münaqişəsinin nizamlanması Daglıq Qarabağ əhalisinin fikri nəzərə alınmadan təşkil edilə bilməz", - ATƏT-in Mnsk qrupunun amerikalı həmsədri Robert Bradtke cümə günü jurnalistlərə deyib.

"Düşünürəm ki, gələcək səfərlərimdə geriyə və ətrafıma baxarkən mənə burada bir çox şeyi görmək nəsib olacaq", - Bradtke deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti