...

Ermənistanın futbol yığması Türkiyənin Bursa şəhərinə gəlib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 Oktyabr 2009 14:05 (UTC +04:00)

Ermənistanın futbol yığması Futbol üzrə Dünya Çempionatının oktyabrın 14-də keçiriləcək seçmə mərhələsi çərçivəsində Türkiyə ilə matçda iştirak etmək məqsədilə Bursa şəhərinə gəlib. Bu barədə Cihan Agentliyi xəbər verir. Erməni futbolçularının təhlükəsizliyi xüsusi yerli polis bölmələri tərəfindən təmin ediləcək.

Türkiyə-Ermənistan futbol matçı Sürixdə şənbə günü Ankara və Yerevan arasında münasibətlərin normalaşdırılmasına dair imzalanan protkol fonunda keçiriləcək.

Türkiyə və Ermənistan arasında diplomatik münasibətlər mövcud deyil, iki ölkə arasında sərhədlər 1993-cü ildən bağlıdır. Buna səbəb ermənilərin "soyqırım" iddiası və bunu dünya səviyyəsində tanıtmaq cəhdləri, həmçinin Ermənistan SQ tərəfindən Azərbaycan ərazilərinin işğalı olub.

Türkiyə-Ermənistan protokolu imzalandıqdan sonra hər iki ölkənin parlamentində təsdiqlənməlidir.

Türkiyə hökuməti bəyan edir ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmadıqca, protokol Türkiyə Parlamentində təsdiqlənməyəcək.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti