...

Türkiyənin Azərbaycandakı səfirliyi Türkiyə və Ermənistan arasında imzalanan protokollarla bağlı Azərbaycanda yaranan narahatlığa heç bir əsas olmadığını bəyan edib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 Oktyabr 2009 18:09 (UTC +04:00)
“Türkiyə-Ermənistan əlaqələrinin normallaşması ilə bağlı iki ölkə arasında oktyabrın 10-da İsveçrənin Sürix şəhərində protkolların imzalanmasından sonra Azərbaycan mətbuatında Türkiyə-Ermənistan sərhədinin açılması ilə bağlı yanlış xəbərlər yayılmaqdadır. Bu səbəbdən bir çox məqamları Azərbaycan ictimaiyyətinin diqqətinə çatdırmağı zəruri hesab edirik”, - bazar ertəsi Trend News-a Türkiyənin Azərbaycandakı səfirliyindən bildirilib.
Türkiyənin Azərbaycandakı səfirliyi Türkiyə və Ermənistan arasında imzalanan protokollarla bağlı Azərbaycanda yaranan narahatlığa heç bir əsas olmadığını bəyan edib

Azərbaycan, Bakı, 12 oktyabr / Trend , müxbir A..Hüseynbala/

"Türkiyə-Ermənistan əlaqələrinin normallaşması ilə bağlı iki ölkə arasında oktyabrın 10-da İsveçrənin Sürix şəhərində protkolların imzalanmasından sonra Azərbaycan mətbuatında Türkiyə-Ermənistan sərhədinin açılması ilə bağlı yanlış xəbərlər yayılmaqdadır. Bu səbəbdən bir çox məqamları Azərbaycan ictimaiyyətinin diqqətinə çatdırmağı zəruri hesab edirik", - bazar ertəsi Trend -a Türkiyənin Azərbaycandakı səfirliyindən bildirilib.

Trend -un arayışı: Oktyabrın 10-da Ankara-Yerevan protokolu İsveçrənin Sürix şəhərində Türkiyənin XİN rəhbəri Əhməd Davudoğlu və Ermənistan XİN rəhbəri Edvard Nalbandyan tərəfindən imzalanıb.

Avqust ayında Türkiyə XİN-dən bildirilib ki, Ermənistanla İsveçrənin vasitəçiliyi ilə aparılan danışıqlarda "Diplomatik münasibətlərin qurulması barədə Protokol" və "İkitərəfli münasibətlərin inkişafı üzrə Protokol"a dair "daxili siyasi məsləhətləşmələr"ə başlanması barədə razılaşma əldə olunub. Siyasi məsləhətləşmələrin altı həftə ərzində tamamlanması planlaşdırılır, bunun ardınca isə iki protokol imzalanacaq və təsdiqlənməsi üçün hər iki ölkə parlamentinə təqdim ediləcək.

Məlumatda qeyd edilir ki, dünya ictimaiyyəti də Türkiyənin Ermənistanla sərhədləri Azərbaycan torpaqları işğal edildiyinə görə bağladığını bilir. "Türkiyənin Baş naziri daha öncəki açıqlamalarında Azərbaycanın işğal altındakı torpaqları böşaldılmadan Türkiyə-Ermənistan sərhədlərinin açılmasının müzakirə mövzusu olmayacağını bəyan edib", - məlumatda vurğulanır.

Məlumatda əlavə olunur ki, Türkiyənin xarici işlər naziri də deyib ki, Türkiyə-Azərbaycan işbirliyindən heç bir başqa məsələ önəmli deyil. "Sərhədin açılması üçün bir müddət lazımdır. Bu müddətin Yuxarı Qarabağ problemi və Azərbaycanın işğal edilmiş digər torpaqları ilə bağlı paralel getməsi lazımdır", - səfirlikdən bildirilib.

Məlumatda daha sonra qeyd edilir ki, Türkiyə Cənubi Qafqazdakı problemlərə tam yanaşmaqda və bölgədə sülh, istiqlal və işbirliyinin yaradılması üçün qapalı olan bütün sərhədlərin açılması yolunda səylər göstərməkdədir. "Türkiyə və Azərbaycan arasındakı yaxınlığı nəzərə alan dünya ictimaiyyəti də bilir ki, bütün sərhədlərin açılması halında Cənubi Qafqazda sülh və istiqlal təmin oluna bilər. Ona görə qardaş Azərbaycan xalqının Türkiyəyə güvənməsini, yanlış və məqsədli şəkildə yayılan xəbərlərə inanmamasını gözləyirik", - məlumatda bildirilib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20 faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti