...

Azərbaycanın qeyri-hökumət təşkilatı Ermənistanın xarici işlər naziri müavininin Bakıya gəlməsinə qarşıdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 Oktyabr 2009 16:14 (UTC +04:00)
Qarabağ Azadlıq Təşkilatı (QAT) Ermənistan xarici işlər nazirinin müavini Arama Kirakosyanın QDİƏT-in (Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı) oktyabrın 22-də Bakıda keçiriləcək iclasında iştirakı ilə əlaqədar narazılığını bildirib.
Azərbaycanın qeyri-hökumət təşkilatı Ermənistanın xarici işlər naziri müavininin Bakıya gəlməsinə qarşıdır

Azərbaycan, Bakı, 20 oktyabr /Trend Neüs, müxbir M.Əliyev/

Qarabağ Azadlıq Təşkilatı (QAT) Ermənistan xarici işlər nazirinin müavini Arama Kirakosyanın QDİƏT-in (Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı) oktyabrın 22-də Bakıda keçiriləcək iclasında iştirakı ilə əlaqədar narazılığını bildirib.

"Beynəlxalq təşkilat Ermənistan nümayəndələrini tədbirə dəvət etməklə bu ölkənin işğalçı fəaliyyətinə bəraət qazandırır", - QAT-nın bəyanatında deyilir.

"Qarabağı işğal edən Ermənistanın Azərbaycanda hər hansı bir tədbirdə iştirak etmək haqqı yoxdur", - sənəddə deyilir.

Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı 25 iyun 1992-ci ildə yaradılıb.Təşkilatın mənzil qərargahı İstanbul şəhərindədir. Hazırda Albaniya, Ermənistan, Azərbaycan, Bolqarıstan, Yunanıstan, Gürcüstan, Moldova, Rumıniya, Rusiya, Serbiya, Türkiyə və Ukrayna təşkilatın daimi üzvləridir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20 faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti