...

Türkiyə həqiqətən də Ermənistanla münasibətlərinin normallaşmasını istəyir - XİN nümayəndəsi

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 Oktyabr 2009 16:52 (UTC +04:00)
"Türkiyə həqiqətən də Ermənistanla münasibətlərinin normallaşmasını istəyir", - çərşənbə axşamı Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat katibi Burak Özügərgin mətbuat konfransında deyib. Məlumatı Anadolu agentliyi yayıb.
Türkiyə həqiqətən də Ermənistanla münasibətlərinin normallaşmasını istəyir - XİN nümayəndəsi

"Türkiyə həqiqətən də Ermənistanla münasibətlərinin normallaşmasını istəyir", - çərşənbə axşamı Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat katibi Burak Özügərgin mətbuat konfransında deyib. Məlumatı Anadolu agentliyi yayıb.

"Biz həqiqətən də Ermənistanla münasibətlərin normallaşmasını istəyirik. Bizim məqsədimiz yalnız Ermənistanla münasibətləri normallaşdırmaq deyil, həmçinin Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılmasının əsasını qoymaqdır", - Özügərgin deyib.

Onun sözlərinə görə, əgər bu proseslər eyni zamanda aparılmasa, Qafqazda stabillik və təhlükəsizliyi bərpa etmək çətin olacaq.

O həmçinin əlavə edib ki, Türkiyə ilə Ermənistan arasında heç bir gizli danışıq mövcud deyil.

Oktyabrın 10-da Sürixdə Ermənistan və Türkiyənin xarici işlər nazirləri Edvard Nalbandyan və Əhməd Davudoğlu arasında protokol imzalanıb.

Türkiyə və Ermənistan arasında diplomatik münasibətlər mövcud deyil, iki ölkə arasında sərhədlər 1993-cü ildən bağlıdır. Buna səbəb ermənilərin "soyqırım" iddiası və bunu dünya səviyyəsində tanıtmaq cəhdləri, həmçinin Ermənistan SQ tərəfindən Azərbaycan ərazilərinin işğalı olub.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

Xəbər lenti

Xəbər lenti