...

ATƏT qoşunların təmas xəttində monitorinq keçirməyi planlaşdırır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 Noyabr 2009 10:42 (UTC +04:00)
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq noyabrın 10-da Azərbaycan Respublikasının Füzuli-Horadiz yolunun yaxınlığındakı qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır. Bu barədə Trend News-a Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
ATƏT qoşunların təmas xəttində  monitorinq keçirməyi planlaşdırır

Azərbaycan, Bakı, 09 noyabr / Trend , müxbir K.Zərbəliyeva /

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq noyabrın 10-da Azərbaycan Respublikasının Füzuli-Horadiz yolunun yaxınlığındakı qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır. Bu barədə Trend -a Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri İmre Palatinus və Vladimir Çontulov keçirəcəklər.

Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi sayılan təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Ancey Kasprşik və onun səhra köməkçiləri İrci Aberle, Piter Ki və Caslan Nurtazin keçirəcəklər.

Xəbər lenti

Xəbər lenti