Azərbaycan, Bakı, 20 noyabr / Trend , müxbir K.Zərbalıyeva/
Ermənistan Silahlı Qüvvələrinin bölmələri noyabrın 20-də saat 10.30-dan 10.45-dək Ermənistan Respublikasının Noyanberyan rayonunun Vosqepar kəndindəki mövqelərdən Qazax rayonunun Aşağı Əskipara kəndində yerləşən mövqelərimizi; saat 15.45-dən 16.00-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən; saat 19.00-dan 19.10-dək, noyabrın 21-də saat 01.05-dən 01.10-dək Ağdam rayonunun Mərzili və Sarcalı kəndləri yaxınlığında yerləşən mövqelərdən; saat 21.00-dan 21.15-dək Füzuli rayonunun Qaraxanbəyli kəndi yaxınlığında yerləşən mövqelərdən; noyabrın 21-də saat 01.35-dən 02.00-dək Tərtər rayonunun Qızıl Oba kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub.
İtki yoxdur.