...

ATƏT-in baş katibi Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesinin intensivliyinin saxlanmasının vacibliyini qeyd edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 Dekabr 2009 16:08 (UTC +04:00)
ATƏT-in baş katibi Mark Perrin de Prişambo Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesinin intensivliyinin saxlanmasının vacibliyini qeyd edir. Bu barədə çərşənbə günü o, Afinada Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşdə deyib.
ATƏT-in baş katibi Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesinin intensivliyinin saxlanmasının vacibliyini qeyd edir

Azərbaycan, Bakı, 02 dekabr / Trend , müxbir Ü.Sadıxova/

ATƏT-in baş katibi Mark Perrin de Prişambo Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesinin intensivliyinin saxlanmasının vacibliyini qeyd edir. Bu barədə çərşənbə günü o, Afinada Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşdə deyib. XİN-nin mətbuat mərkəzinin məlumatında deyilir.

ATƏT-in baş katibi həmçinin vasitəçi ölkələrin münaqişənin həllini ən yüksək səviyyədə dəstəkləməsini müsbət və mühüm hal kimi qiymətləndirib.

Azərbaycanın XİN rəhbəri deyib ki, Dağlıq Qarabağ münaqişəsi bütün regionun təhlükəsizliyi, stabilliyi və davamlı inkişafı üçün təhlükə yaradır. Nazir münaqişənin həllində ATƏT-in effektiv rolunun gücləndirilməsinin vacibliyini qeyd edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır

Xəbər lenti

Xəbər lenti