...

Latviyadan Estoniyaya Xocalı soyqırımına həsr olunmuş avtobus turu başlayıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Fevral 2010 15:53 (UTC +04:00)
"İrəli" İctimai Birliyi Xocalı soyqırımına həsrl olunmuş Riqadan Tallinə avtobus turu aksiyasına başlayıb. Bu barədə İB-nin məlumatında deyilir.
Latviyadan Estoniyaya Xocalı soyqırımına həsr olunmuş avtobus turu başlayıb

Azərbaycan, Bakı, 26 fevral / Trend , müxbir M.Əliyev/

"İrəli" İctimai Birliyi Xocalı soyqırımına həsrl olunmuş Riqadan Tallinə avtobus turu aksiyasına başlayıb. Bu barədə İB-nin məlumatında deyilir.

Aksiyaya Latviyada təhsil alan latviyalı, italiyalı, türkiyəli, almaniyalı, tacikistanlı gənclər qoşulub.

Avtobuslara Xocalı faciəsi barədə posterlər yapışdırılıb. Ermənilərin 18 il öncə törətdiyi soyqırım barədə yerli əhalini məlumatlandırmaq üçün müxtəlif şəhərlərdə dayanacaqlar planlaşdırılıb.

Fevralın 27-si axşam başa çatacaq aksiya Tallində yerli gənc nümayəndələr qrupu tərəfindən qarşılanacaq.

Tur zamanı istifadə olunan kitab və broşürlər Heydər Əliyev Fondu tərəfindən hazırlanıb.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni işğalçı birləşmələri Xankəndidə yerləşən (o zaman Stepanakert adlanıb) sovet qoşunlarının 366-cı motoatıcı alayı ilə birgə hər tərəfdən mühasirəyə alınmış Xocalı şəhərini bütün növ artilleriya sistemindən atəşə tutublar, sonra isə Dağlıq Qarabağda Xankəndinin 23 km.-də yerləşən bu şəhəri işğal ediblər.

Soyqırım zamanı Xocalıda 600-dan çox adam öldürülüb, qətlə yetirilənlərdən 63-ü uşaq, 106-sı qadın, 70-i qocadır. 1000 nəfər aldığı yara nəticəsində əlilə çevrilib. Səkkiz ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq bir valideynini itirib. Faciə gecəsi 1275 nəfər girov götürülüb. Onlardan 150 nəfərinin taleyi indiyədək məlum deyil.

Xəbər lenti

Xəbər lenti