...

Azərbaycan Gənclər Təşkilatları Milli Şurası Xocalı soyqırımı ilə bağlı tədbir keçirib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Fevral 2010 17:30 (UTC +04:00)
"Leyla Əliyevanın rəhbərliyi ilə "Qarabağa azadlıq, Xocalıya ədalət" kampaniyası 100 ölkədə baş tutdu. Heydər Əliyev Fondu Azərbaycan həqiqətlərinin beynəlxalq aləmə çatdırılmasında böyük işlər görür. Amma siz gənclərdən də çox gözləntilər var", - Trend News-un məlumatına görə, cümə günü "Odlar Yurdu" Universitetində Xocalı soyqırımının 18-ci ildönumu ilə bağlı keçirilən konfransda Gənclər Təşkilatları Milli Şurasının sədri, millət vəkili Fuad Muradov bildirib.
Azərbaycan Gənclər Təşkilatları Milli Şurası Xocalı soyqırımı ilə bağlı tədbir keçirib

Azərbaycan, Bakı, 26 fevral / Trend , müxbir A.Hüseynbala/

Azərbaycan Gənclər Təşkilatları Milli Şurası Xocalı soyqırımı ilə bağlı tədbir keçirib.

"Leyla Əliyevanın rəhbərliyi ilə "Qarabağa azadlıq, Xocalıya ədalət" kampaniyası 100 ölkədə baş tutdu. Heydər Əliyev Fondu Azərbaycan həqiqətlərinin beynəlxalq aləmə çatdırılmasında böyük işlər görür. Amma siz gənclərdən də çox gözləntilər var", - Trend -un məlumatına görə, cümə günü "Odlar Yurdu" Universitetində Xocalı soyqırımının 18-ci ildönumu ilə bağlı keçirilən konfransda Gənclər Təşkilatları Milli Şurasının sədri, millət vəkili Fuad Muradov bildirib.

Trend -un arayışı: 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri tərəfindən yeddi min əhalisi olan Xocalı şəhərində soyqırım aktı həyata keçirilib. Əhalinin xeyli hissəsi 4 aydan artıq zaman ərzində mühasirədə olduğundan Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız üç minə yaxın insan qalmışdı. Xocalı soyqırımı zamanı 600-dən çox diinc sakin ödürülüb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülüb. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirib. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülüb, onlardan 150 nəfərin taleyi indi də məlum deyil.

Muradovun sözlərinə görə, Ermənistanın işğalçılıq siyasətinin dünya ictimaiyyətinə çatdırılması üçün daha fəal olmaq lazımdır: "Hər birimiz ilk növbədə vətəndaşlıq borcumuzu yerinə yetirməliyik. Açığını deyim ki, mən bu məqamda özüm də daxil olmaqla gəncliyimizdən o qədər də razı deyiləm. Çünki biz daha böyük işlər görə bilərik", - millət vəkili əlavə edib.

"Biz Xocalı soyqırımını unutmamalıyıq. Hər birimiz ünsiyyətdə olduğumuz əcnəbilərə ilk növbədə Qarabağ barədə danışmalıyıq. Bu işdə gəncliyin üzərinə daha böyük yük düşür", - tədbirdə çıxış edən "Odlar Yurdu" Universitetinin rektoru, millət vəkili Əhməd Vəliyev bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti