...

Azərbaycan müdafiə naziri müharibənin başlanmasının qaçılmaz olduğuna dair verdiyi bəyanatın məsuliyyətini özü bilir - Prezident Administrasiyasının şöbə müdiri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 1 Mart 2010 11:43 (UTC +04:00)
Azərbaycan müdafiə naziri müharibənin başlanmasının qaçılmaz olduğuna dair verdiyi bəyanatın məsuliyyətini özü bilir.
Azərbaycan müdafiə naziri müharibənin başlanmasının qaçılmaz olduğuna dair verdiyi bəyanatın məsuliyyətini özü bilir - Prezident Administrasiyasının şöbə müdiri

Azərbaycan, Bakı, 01 mart / Trend , müxbir M.Əliyev/

Azərbaycan müdafiə naziri müharibənin başlanmasının qaçılmaz olduğuna dair verdiyi bəyanatın məsuliyyətini özü bilir. Ona görə də bu bəyanata siyasi şərh verməyə ehtiyac yoxdur. Trend -un məlumatına görə, bu açıqlamanı bazar ertəsi jurnalistlərə Prezident Administrasiyanın İctimai siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov verib.

Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Fransanın Azərbaycandakı səfiri Qabriel Kelleri qəbul edən zaman Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikirlərini diqqətə çatdırıb. Nazir qeyd edib ki, 15 il ərzində diplomatlar bu problemlə əlaqədar konkret bir nəticə ortaya qoya bilməyiblər. Artıq Azərbaycan daha 15 il də gözləyə bilməz. İndi söz hərbindir və bu təhlükə getdikcə yaxınlaşmaqdadır. İşğalçı Ermənistan Azərbaycan torpaqlarını azad etməzsə, Cənubi Qafqazda böyük müharibənin başlayacağı qaçılmazdır.

Trend -un arayışı: İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Həsənov deyib ki, Azərbaycan Prezidenti dəfələrlə bəyan edib ki, Dağlıq Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyü istiqamətində aparılan danışıqların potensialının bitmədiyini düşünür və ona görə də bu danışıqlarda iştirak edir. Amma Azərbaycan nə zaman hiss etsə ki, danışıqlar potensialı tükənib, danışıqlar yalnız danışıq xətrinə aparılır, o zaman Azərbaycan özünün ixtiyarında olan bütün vasitələrlə özünün ərazi bütövlüyünü, suveren və pozulmuş hüquqlarını bərpa etmək istiqamətində addımlar atacaq.

Prezident Administrasiyasının rəsmisi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqların hazırda Praqa prosesi çərçivəsində və Madrid prinsipləri ətrafında aparıldığını deyib.

"ATƏT həmsədrlərinin təklifləri hər iki respublikaya təqdim olunub və bu təkliflər ətrafında fikir mübadiləsi aparılır. Lakin danışıq aparan tərəflər bundan artıq məlumat verməyiblər. Bundan sonrakı proseslər necə olacaq, hansı mərhələdə bu təkliflərin razılaşdırılması gözlənilir, bu barədə bundan artıq heç nə bilmirəm", - Həsənov deyib.

Xəbər lenti

Xəbər lenti