...

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində 2009-cu ildə 19 nəfər həlak olub - Anjey Kasprşik

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 Mart 2010 11:14 (UTC +04:00)
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində 2009-cu ildə 19 nəfər həlak olub; bu barədə ATƏT sədrinin xüsusi nümayəndəsi Anjey Kasprşik cümə günü ATƏT-in çap edilən jurnalına verdiyi müsahibəsində bildirib.
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində 2009-cu ildə 19 nəfər həlak olub - Anjey Kasprşik

Azərbaycan, Bakı, 27 mart / Trend , müxbir A.Axundov/

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində 2009-cu ildə 19 nəfər həlak olub; bu barədə ATƏT sədrinin xüsusi nümayəndəsi Anjey Kasprşik cümə günü çap edilən ATƏT-in jurnalına verdiyi müsahibəsində bildirib.

"Təəssüf ki, AzərbaycanErmənistan qoşunlarının təmas xəttində və Azərbaycan - Ermənistan sərhədində baş verən atışmalar nəticəsində ildə 30 nəfər həlak olur, onlar arasında mülki əhalinin nümayəndələri də var. 2009-cu ildə ölüm hallarının sayı 19-a kimi azalıb ki, bu da sülh danışıqlarının intensivləşməsinin nəticəsidir. İnsan itkisi elə bir fəlakətdir ki, ondan xilas olmaq lazımdır. Təəssüf ki, snayperlərin çıxarılması barədə razılıq əldə olunmayıb", - Anjey Kasprşik bildirib.

Onun sözlərinə əsasən, Dağlıq Qarabağ münaqişəsini dondurulmuş hesab etmək olmaz.

"Ötən ildən etibarən biz bütün sülh danışıqları mərhələsi boyunca ən intensiv mərhələni müşahidə edirik. Azərbaycan və Ermənistan prezidentləri 2009-cu ildə 6 dəfə görüşüblər ki, bunun da 3-ü Rusiya prezidenti ilə geniş formatda baş tutub. Prezidentlər 2010-cu ildə daha bir dəfə Dmitri Medvedev ilə görüşüblər. 2008-ci ilin noyabrında Moskva deklarasiyasının imzalanması prezident Medvedevin iştirakının nəticəsi olub", - ATƏT sədrinin xüsusi nümayəndəsi bildirib.

Kasprşikin sözlərinə görə, ATƏT-in MQ həmsədr ölkə rəhbərlərinin 2009-cu il iyunda Akvildə edilən bəyanatları hazırkı mərhələdə danışıqların əsas elementlərini təsvir edir. "Mən qeyd etmək istəyirəm ki, 2009-cu ilin iyulunda İtaliyanın Akvil şəhərində keçirilən "böyük səkkizlik" sammiti zamanı həmsədr ölkə rəhbərləri tərəflərin razılaşdırdığı baza prinsiplərinin əsas elementlərini qeyd etdikləri barədə birgə bəyanat veriblər. Bu bəyanat hazırkı mərhələdə danışıqların əsas elementlərini təsvir edir", - o bildirib.

"Danışıqlar prosesini daha şəffaf etmək lazımdırmı?" sualına cavab verərkən Kasprşik bildirib ki, bu danışıqların yekun nəticələri iki ölkə əhalisini ratifikasiya üçün təqdim etdikdə lazım olacaq.

Xəbər lenti

Xəbər lenti