...

Ermənistan sabah azərbaycanlı əsir Rafiq Həsənovu qaytaracaq – Ermənistan KİV

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Aprel 2010 14:57 (UTC +04:00)
Ermənistan tərəfi sabah azərbaycanlı hərbi əsir Rafiq Həsənovu qaytaracaq. Bu barədə Ermənistan KİV-ləri məlumat verir.
Ermənistan sabah azərbaycanlı əsir  Rafiq Həsənovu qaytaracaq – Ermənistan KİV

Azərbaycan, Bakı, 6 aprel /Trend, müxbir M.Əliyev/

Ermənistan tərəfi sabah azərbaycanlı hərbi əsirRafiq Həsənovu qaytaracaq. Bu barədə Ermənistan KİV-ləri məlumat verir.

Ermənistan Müdafiə Nazirliyindən Mediamaks-a bildirilib ki, təhvilvermə sabah saat 12:00-da Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda baş tutacaq.

Rafiq Həsənov 8 oktyabr 2008-ci ildə qoşunların təmas xəttində, Qazax rayonunun Kəmərli kəndində əsir götürülüb.

Azərbaycanın əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından Trend-ə bildirildiyi kimi, Ermənistan tərəfi Ermənistanda saxlanılan iki hərbi əsirdən birini qaytaracaq.

Rafiq Həsənovdan əlavə, 2009-cu il mayın 10-da cəbhənin Füzuli istiqamətində əsir götürülmüş əsgər Anar Hacıyev və 2009-cu ilin dekabrında Azərbaycanın Tovuz rayonunda girov götürülmüş Eldar Tağıyev Ermənistan tərəfində saxlanılır.

Ermənistan silahlı qüvvələri tərəfindən qətlə yetirilmiş azərbaycanlı vətəndaşların meyitləri şənbə günü, aprelin 3-cü saat 12:00-da Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda Azərbaycan tərəfinə təhvil verilib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti