...

Azərbaycan deputatlarının ATƏT-in Minsk qrupunun həmsədr olan ölkələrinin deputatları ilə görüşü nəzərdə tutulub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 16 Aprel 2010 14:11 (UTC +04:00)
NATO Parlament Assambleyasının (PA) növbəti toplantısı mayın sonunda Riqa şəhərində keçiriləcək, - Trend-in məlumatına görə, bunu cümə günü Azərbaycan Parlamentinin birinci vitse-spikeri, Azərbaycanın NATO PA-dakı nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərov bildirib.
Azərbaycan deputatlarının ATƏT-in Minsk qrupunun həmsədr olan ölkələrinin deputatları ilə görüşü nəzərdə tutulub

Azərbaycan, Bakı, 16 aprel /Trend, müxbir M.Əliyev/

NATO Parlament Assambleyasının (PA) növbəti toplantısı mayın sonunda Riqa şəhərində keçiriləcək, - Trend-in məlumatına görə, bunu cümə günü Azərbaycan Parlamentinin birinci vitse-spikeri, Azərbaycanın NATO PA-dakı nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərov bildirib.

"Sessiyada Azərbaycan nümayəndə heyəti Dağlıq Qarabağ problemi ilə bağlı bir daha məsələ qaldıracaq. Həmçinin, Azərbaycan nümayəndə heyətinin ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələrin deputatları ilə görüşləri nəzərdə tutulub. Bu görüşdə də Qarabağ problemi ilə bağlı müzakirələr aparılacaq", - Əsgərov deyib.

NATO-nun Cənubi Qafqaz ölkələri - Azərbaycan, Gürcüstan və Ermənistan ilə əməkdaşlığı əsasən, "Sülh naminə tərəfdaşlıq", "Fərdi tərəfdaşlıq üzrə fəaliyyət planı", həmçinin, "Planlaşdırma prosesi və analiz" proqramları əsasında həyata keçirilir. Həmin sənədlərdə tərəfdaş ölkələrin Şimali Atlantika Alyansı ilə müdafiə, təhlükəsizlik və hərbi siyasət sahələrində islahatlara dair məsləhətlərin aparılması üzrə məqsəd və niyyətləri müəyyən olunub.

İslahatların aparılmasına yardım göstərilməsi ilə yanaşı, NATO ilə Azərbaycan arasında əməkdaşlığın mühüm məqsədlərindən biri sülhməramlı əməliyyatların və böhrana çevik reaksiya əməliyyatlarının aparılması zamanı ölkənin silahlı qüvvələrinin qabiliyyətini NATO ölkələri qüvvələri ilə qarşılıqlı fəaliyyət səviyyəsində inkişaf etdirməkdir. 1999-cu ildən Azərbaycanın hərbi kontingenti NATO-nun Kosovoda, 2002-ci ildən isə Əfqanıstanda sülhməramlı əməliyyatlarının aparılmasına dəstək göstərib.

Xəbər lenti

Xəbər lenti