...

Ermənistan silahlı qüvvələri atəşkəs rejimini növbəti dəfə pozub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 May 2010 10:40 (UTC +04:00)
Bütün hallarda qarşı tərəf cavab atəşi ilə susdurulub, itki yoxdur.
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini növbəti dəfə pozub

Azərbaycan, Bakı, 18 may /Trend, müxbir K.Zərbalıyeva/

Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdə atəşkəs rejimini pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, düşmən bölmələri mayın 17-də saat 09:30-dan 09:35-dək Xocavənd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən; saat 11:05-dən 11:15-dək Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi yaxınlığında yerləşən mövqelərdən; mayın 18-də saat 00:20-dən 00:30-dək və 01:40-dan 01:55-dək isə Tərtər rayonunun Çaylı və Qızıloba kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.

Bütün hallarda qarşı tərəf cavab atəşi ilə susdurulub, itki yoxdur.

Xəbər lenti

Xəbər lenti