...

İslam Konfransı Təşkilatı ölkələrinin XİN rəhbərləri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı üç qətnamə qəbul edib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 May 2010 18:15 (UTC +04:00)
İslam Konfransı Təşkilatına (İKT) üzv ölkələrin xarici işlər nazirləri şurasının 37-ci iclasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistanın təcavüzkar kimi tanındığı üç qətnamə qəbul olunub.
İslam Konfransı Təşkilatı ölkələrinin XİN rəhbərləri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı üç qətnamə qəbul edib

Tacikistan, Düşənbə, 19 may /Trend, xüsusi müxbir R.Mirzəbəyova/

İslam Konfransı Təşkilatına (İKT) üzv ölkələrin xarici işlər nazirləri şurasının 37-ci iclasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistanın təcavüzkar kimi tanındığı üç qətnamə qəbul olunub. Birinci qətnamə Ermənistanın təcavüzkar kimi tanındığı və bunun gələn ilin mart ayında Qahirədə keçiriləcək İslam ölkələrinin növbəti sammitində Ermənistan-Azərbaycan münaqişəsi məsələsində dayaq nöqtəsi olacağı siyasi qətnamədir. Bu barədə Azərbaycanın İKT-dəki nümayəndəsi, Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Tofiq Abdullayev Trend-in xüsusi müxbirinə bildirib.

Üç gün davam edəcək İKT XİN rəhbərlərinin 37-ci sessiyası çərşənbə axşamı Tacikistan paytaxtı Düşənbə şəhərində açılıb. Tədbirdə quruma üzv dövlətlərdən, müşahidəçi, beynəlxalq və regional ölkələrdən 80 nümayəndə heyəti iştirak edir.

Sessiyanın gündəliyinə aid olan əsas məsələlər sırasında Fələstin-İsrail münaqişəsi, Yaxın Şərqin nüvə silahından azad zonaya çevrilməsi, həmçinin İraq və Somalidəki vəziyyət daxildir.

"Hər il qəbul olunan birinci qətnaməyə əhəmiyyətli dəyişikliklər daxil edilib. İKT-nın iclaslarında Dağlıq Qarabağ münaqişəsi məsələsini daim qaldırmaq lazımdır, əks təqdirdə biz geri addım atacağıq", - Abdullayev deyib.

"İkinci qətnamədə erməni təcavüzü nəticəsində əziyyət çəkən insanlara maliyyə və iqtisadi cəhətdən yardım göstərilməsi məsələsi nəzərdə tutulub", - səfir bildirib.

"Üçüncü qətnaməyə gəldikdə, burada Ermənistanın təcavüzü nəticəsində Azərbaycan torpaqlarında tarixi İslam abidələrinin dağıdılması ifşa olunub", - Abdullayev deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti