...

Avropa Parlamenti deputatlarının fikri Azərbaycan ərazilərinin bütövlüyünün legitimliyini və ermənilərin iddialarının mənasızlığını təsdiqləyir - politoloq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 May 2010 14:17 (UTC +04:00)
Avropa Parlamenti deputatlarının fikirləri və onların qəbul etdikləri qətnamə bir daha Azərbaycan ərazilərinin bütövlüyünün legitimliyini və ermənilərin iddialarının mənasızlığını təsdiqləyir, - azərbaycanlı politoloq Fikrət Sadıqov belə hesab edir.
Avropa Parlamenti deputatlarının fikri Azərbaycan ərazilərinin bütövlüyünün legitimliyini və ermənilərin iddialarının mənasızlığını təsdiqləyir - politoloq

Azərbaycan, Bakı, 21 may /Trend, müxbir S.Ağayeva/

Avropa Parlamenti deputatlarının fikirləri və onların qəbul etdikləri qətnamə bir daha Azərbaycan ərazilərinin bütövlüyünün legitimliyini və ermənilərin iddialarının mənasızlığını təsdiqləyir, - azərbaycanlı politoloq Fikrət Sadıqov belə hesab edir.

Avropa Parlamentinin Ermənistanı öz qoşunlarını Azərbaycan ərazilərindən çıxarmağa çağıran qətnaməsinin qəbulunu Sadıqov Azərbaycan üçün vacib və kifayət qədər müsbət amil kimi qiymətləndirib.

"Qətnamənin qəbuluna səs verən deputatlar aparıcı Avropa dövlətlərini təmsil edirlər və dünya birliyi onların fikirləri ilə hesablaşmalıdır", - Sadıqov cümə günü Trend-ə bildirib.

"Əlbəttə ki, bütün bunlar Azərbaycana böyük sevgidən baş vermir; hər şeydən əvvəl bu, Aİ-nin bizim regionumuzda güddüyü maraqlarla bağlıdır", - politoloq bildirib.

Sadıqovun sözlərinə görə, Azərbaycan artıq BMT TŞ-nin dörd qətnaməsi və AŞPA-nın 2005-ci ildə qəbul etdiyi və Ermənistanı, faktik olaraq, təcavüzkar kimi tanıyan qətnamə kimi çoxsaylı sənədlərlə silahlanıb.

"Onların hamısı çox vacibdir, lakin çox təəssüf ki, konkret fəaliyyət yoxdur", - o vurğulayıb.

Sadıqovun fikrincə, Azərbaycanın deputat korpusu və xarici siyasət idarəsi Avropa Parlamenti qərarının kağız üstündə qalmamasını, onun həyata keçməsi üçün bu istiqamətdə indi daha fəal çalışmalıdır.

Avropa Parlamentinin deputatları hesab edirlər ki, regionda vəziyyət əlverişsizdir. Cümə axşamı qəbul edilən qətnamədə son vaxtlar hərbi xərclərin artması ilə bağlı narahatlıq ifadə edilir və erməni qüvvələri işğal olunmuş bütün Azərbaycan ərazilərindən çıxmağa çağırılır.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.

Xəbər lenti

Xəbər lenti