...

ATƏT-in Naxçıvandakı təmas xəttində keçirdiyi monitorinq insidentsiz ötüşüb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 16 İyun 2010 13:59 (UTC +04:00)
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, çərşənbə günü Naxçıvan Muxtar Respublikası Babək rayonunun Aşağı Buzqov kəndi yaxınlığındakı təmas xəttində monitorinq keçirilib.
ATƏT-in Naxçıvandakı təmas xəttində keçirdiyi monitorinq insidentsiz ötüşüb

Azərbaycan, Bakı, 16 iyun /Trend, müxbir K.Zərbalıyeva/

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, çərşənbə günü Naxçıvan Muxtar Respublikası Babək rayonunun Aşağı Buzqov kəndi yaxınlığındakı təmas xəttində monitorinq keçirilib.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev Trend-ə bildirib ki, monitorinq insidentsiz başa çatıb.

Monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin koordinatoru İmre Palatinus və səhra köməkçisi Caslan Nurtazin keçiriblər. Qarşı tərəfdə isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Antal HerdiçUilyam Proyor izləyiblər.

Xəbər lenti

Xəbər lenti