...

ATƏT-in Minsk qrupunun həmsədrləri Bakıdadırlar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 İyul 2010 13:30 (UTC +04:00)
ATƏT-in Minsk qrupunun həmsədrləri Robert Bradtke (ABŞ), Bernar Fasye (Fransa) və İqor Popov (Rusiya) Bakıdadırlar.
ATƏT-in Minsk qrupunun həmsədrləri Bakıdadırlar

Azərbaycan, Bakı, 4 iyul /Trend, müxbir V.Javoronkova/

ATƏT-in Minsk qrupunun həmsədrləri Robert Bradtke (ABŞ), Bernar Fasye (Fransa) və İqor Popov (Rusiya) Bakıdadırlar. Səfər zamanı həmsədrlər Azərbaycanın rəsmi şəxsləri ilə görüşəcəklər.

Həmsədrlərin səfəri iyulun 5-nə planlaşdırılmışdı. Onlar Azərbaycanda rəsmi səfərdə olan ABŞ-ın dövlət katibi Hillari Klintonla Ermənistan-Azərbaycan, Dağlıq Qarbağ münaqişəsinin nizamlanması üzrə danışıqların hazırkı vəziyyətini müzakirə etmək üçün Bakıya bir gün tez gəliblər.

Bakıya gəlməmişdən əvvəl vasitəçilər Xankəndində və Yerevanda olublar.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti