...

Türkiyə Azərbaycan torpaqlarının işğaldan azad olunmasından sonra Ermənistanla sərhədlərin açılmasına şad olacaq – Qars qubernatoru

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 İyul 2010 17:51 (UTC +04:00)
Türkiyənin Daxili İşlər Nazirliyi çərşənbə axşamı Qars və İğdır inzibati mərkəzlərinə Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılacağı təqdirdə hazırlıq işlərinin başa çatdırılması üçün təqribi müddətin göstərilməsi tələbi ilə sorğu göndərib.
Türkiyə Azərbaycan torpaqlarının işğaldan azad olunmasından sonra Ermənistanla sərhədlərin açılmasına şad olacaq – Qars qubernatoru

Türkiyənin Daxili İşlər Nazirliyi çərşənbə axşamı Qars və İğdır inzibati mərkəzlərinə Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılacağı təqdirdə hazırlıq işlərinin başa çatdırılması üçün təqribi müddətin göstərilməsi tələbi ilə sorğu göndərib. Bu barədə Türkiyənin Cihan agentliyi məlumat verib.

Qars vilayətinin qubernatoru Əhməd Qara DİN-in tələbi barədə məlumat verərkən bildirib ki, Türkiyə-Ermənistan sərhədləri açılarkən Azərbaycanın maraqları barədə unutmaq olmaz.

"Bundan əvvəlki görüşlərdə aydın şəkildə göstərilib ki, sərhədlər Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş əraziləri azad olunduqdan sonra açılacaq. Əlbəttə, belə şəraitdə sərhədlərin açılmasına biz yalnız şad olarıq", - Qara bildirib.

Türkiyə ilə Ermənistan arasında sərhədlər 1993-cü ildə Yerevanın "erməni soyqırımı"nın dünyada tanınması iddiaları və Ermənistan SQ-nin Azərbaycan ərazilərini işğal etməsi səbəbindən bağlanıb.

Qars qubernatorunun sözlərinə görə, ötən ilin oktyabrında Sürixdə iki ölkənin XİN rəhbərlərinin Ankara ilə Yerevan arasında diplomatik münasibətlərin bərpası haqqında imzaladığı saziş hələ ratifikasiya edilməsə də, Qars və İğdır administrasiyalarına əgər belə bir qərar qəbul olunarsa, ölkələr arasında sərhədlərin açılması üçün nə qədər vaxt lazım gələcəyi və nəqliyyat yollarının bərpasının nə qədər davam edəcəyi barədə sorğu daxil olub.

Qara göstərib ki, əgər şərq sərhədlərinin açılması üçün bütün şərtlər razılaşdırılarsa, o zaman bu, bir aydan sonra hazır olacaq.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnamə Ermənistan tərəfindən bu günə qədər yerinə yetirilməyib.

Xəbər lenti

Xəbər lenti