...

Ermənistan Silahlı Qüvvələrinin bölmələri növbəti dəfə atəşkəs rejimini pozub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 10 İyul 2010 09:46 (UTC +04:00)
Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyulun 9-da saat 10.30-dan 10.50-dək, saat 12.35-dən 12.55-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Aşağı Əbdülrəhmanlı və Qorqan kəndləri yaxınlığında yerləşən mövqelərdən;
Ermənistan Silahlı Qüvvələrinin bölmələri növbəti dəfə atəşkəs rejimini pozub

Azərbaycan, Bakı, 10 Iyul /Trend/

Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyulun 9-da  saat 10.30-dan 10.50-dək, saat 12.35-dən 12.55-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Aşağı Əbdülrəhmanlı və Qorqan  kəndləri yaxınlığında  yerləşən mövqelərdən;

- saat 12.15-dən 12.35-dək, saat 18.50-dən 19.20-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;

- saat 14.20-dən 14.30-dək, saat 15.00-dan 15.15-dək Göy-Göl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;

- saat 15.30-dan 15.40-dək Xojavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;

- iyulun 10-da saat 01.20-dən 02.10-dək Tərtər rayonunun Qızıl Oba  kəndi yaxınlığında yerləşən mövqelərdən;

- iyulun 9-da saat 23.30-dan 23.35-dək, iyulun 10-da saat 00.25-dən 00.30-dək,  saat 01.00-dan 01.20-dək, saat 03.15-dən 03.45-dək  Ağdam rayonunun Kəngərli, Sarcalı, Cəvahirli və Tağıbəyli kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.

Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti