...

Qərb Ermənistan-Türkiyə sərhədinin müvəqqəti açılması vasitəsilə Ermənistan-Azərbaycan münaqişəsinin həllində irəliləyişə nail olmağa ümid edir - politoloq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 Avqust 2010 14:52 (UTC +04:00)
Əgər Türkiyə ilə Ermənistan arasında sərhədlərin müvəqqəti açılmasından sonra, Dağlıq Qarabağ münaqişəsinin həllində hansısa irəliləyiş əldə olunarsa, onda sərhədlərlə bağlı məsələ hamar şəkildə Türkiyə-Ermənistan münasibətlərinin normallaşması məsələsinin həllinə keçə bilər, - azərbaycanlı politoloq Rasim Ağayev belə qənaətdədir.
Qərb Ermənistan-Türkiyə sərhədinin müvəqqəti açılması vasitəsilə Ermənistan-Azərbaycan münaqişəsinin həllində irəliləyişə nail olmağa ümid edir - politoloq

Azərbaycan, Bakı, 21 avqust /Trend, müxbir M.Əliyev/

Əgər Türkiyə ilə Ermənistan arasında sərhədlərin müvəqqəti açılmasından sonra, Dağlıq Qarabağ münaqişəsinin həllində hansısa irəliləyiş əldə olunarsa, onda sərhədlərlə bağlı məsələ hamar şəkildə Türkiyə-Ermənistan münasibətlərinin normallaşması məsələsinin həllinə keçə bilər, - azərbaycanlı politoloq Rasim Ağayev belə qənaətdədir.

Bundan əvvəl verilən məlumatda Türkiyənin sentyabrın 11-dən 17-dək Ermənistanda keçiriləcək hərbi təlimlər çərçivəsində Türkiyə-Ermənistan sərhədinin qismən və müvəqqəti açılacağını istisna etmədiyi bildirilib. Lakin Türkiyə XİN başçısı Əhməd Davudolğlu bu məlumatı təkzib edib.

Türkiyə ilə Ermənistan arasında sərhədlər 1993-cü ildə Yerevanın "erməni soyqırımı"nın dünyada tanınması iddiaları və Ermənistan SQ-nin Azərbaycan ərazilərini işğal etməsi səbəbindən bağlanıb.

"Elə təəssürat yaranır ki, bu təlimlər münaqişə edən tərəflərin (Ermənistan və Azərbaycan) düşdükləri vəziyyəti yüngülləşdirmək üçün qeyri-standart yanaşmaya örtükdür", - Ağayev şənbə günü Trend-ə bildirib. Onun fikrincə, Qərb təlimlər zamanı sərhədlərin açılması vasitəsilə Ermənistan-Azərbaycan münaqişəsinin həllində irəliləyişə nail olmağa ümid edir.

Politoloqun sözlərinə görə, Qərb tərəfdən planlaşdırılmış hərbi təlimlərdə hansısa məqsəd güdülür. O hesab edir ki, NATO-nun təlimləri dövründə sərhədlərin açılması Ermənistanla diplomatik münasibətlərin nizamlanmasına qarşı olan türk ictimaiyyətinin heç nə etiraz edə bilməməsi üçün üsuldur.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır. 1990-cı illərdə BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti