...

Azərbaycan Ordusunun kiçik çavuşu əsir düşüb - erməni KİV

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 Avqust 2010 15:06 (UTC +04:00)
Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, 1985-ci il təvəllüdlü Roman Novruz oğlu Hüseynov avqustun 27-də Ermənistan tərəfinə əsir düşüb.
Azərbaycan Ordusunun kiçik çavuşu əsir düşüb - erməni KİV

Azərbaycan, Bakı, 28 avqust /Trend, müxbir K.Zərbaylıyeva/

Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, 1985-ci il təvəllüdlü Roman Novruz oğlu Hüseynov avqustun 27-də Ermənistan tərəfinə əsir düşüb. Bu barədə şənbə günü erməni KİV məlumat yayıbıar.

İnformasiya Azərbaycan Müdafiə Nazirliyi və Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən rəsmi təsdiq edilməyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti