...

Azərbaycanın müdafiə naziri Ermənistanın Rusiya tərəfindən müdafiə edilməsi ilə bağlı çıxışları siyasi və psixoloji bəyanatlar adlandırıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 30 Avqust 2010 20:39 (UTC +04:00)
Azərbaycanın müdafiə naziri Ermənistanın Rusiya tərəfindən müdafiə edilməsi ilə bağlı erməni rəsmilərinin bəyanatlarını siyasi bəyanatlar adlandırıb.
Azərbaycanın müdafiə naziri Ermənistanın Rusiya tərəfindən müdafiə edilməsi ilə bağlı çıxışları siyasi və psixoloji bəyanatlar adlandırıb

Azərbaycan, Bakı, 30 avqust /Trend, müxbir M.Əliyev/

Azərbaycanın müdafiə naziri Ermənistanın Rusiya tərəfindən müdafiə edilməsi ilə bağlı erməni rəsmilərinin bəyanatlarını siyasi bəyanatlar adlandırıb.

"Bu, siyasi və psixoloji bəyanatlardır. Bu da güc nümayişindən deyil, Ermənistanın zəifliyindən irəli gəlir", - Trend-in məlumatına görə, bunu bazar ertəsi jurnalistlərə müdafiə naziri Səfər Əbiyev bildirib.

Ermənistan rəsmiləri bəyanatlarla çıxış edirlər ki, müharibə başlayacağı halda Rusiya Ermənistanı müdafiə edəcək.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti