...

Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsi Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması üçün ən vacib şərtdir - AŞ PA-nın sədri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 Sentyabr 2010 15:23 (UTC +04:00)
Türkiyə ilə Ermənistan arasında münasibətləri normallaşdırmaq üçün ən vacib şərt - Ermənistan tərəfinin Azərbaycanın işğal olunmuş ərazilərini tərk etməsidir, AŞ PA-nın sədri Mövlud Chavuşoğlu şənbə günü İsveçin Göteborq şəhərində "Türkiyənin Avropa Birliyində rolu" konfransı zamanı çıxış edərkən deyib. Məlumatı Hürriyət qəzeti yayıb.
Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsi Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması üçün ən vacib şərtdir - AŞ PA-nın sədri

Türkiyə ilə Ermənistan arasında münasibətləri normallaşdırmaq üçün ən vacib şərt  Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərini tərk etməsidir, AŞ PA-nın sədri  Mövlud Çavuşoğlu şənbə günü İsveçin Göteborq şəhərində "Avropa Birliyində Türkiyənin rolu" adlı konfrans zamanı çıxış edərkən deyib. Məlumatı Hürriyət qəzeti yayıb.

"Türkiyə qərbdə Avropa ölkələri, şərqdə isə qonşu ölkələr və İslam dünyası ilə əməkdaşlığın inkişaf etdirilməsinin tərəfdarıdır. Lakin Ermənistanla münasibətlərin normallaşdırılması üçün əsas şərt Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsidir. Bu şərt yerinə yetirilərsə, Ermənistanla münasibətlər də normallaşacaq", Çavuşoğlu bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Çavuşoğlu çıxışında Türkiyənin xarici siyasətinin "istiqamətində dəyişiklik" məsələsinə də toxundu.

"Türkiyənin xarici siyasətin istiqaməti dəyişib, dəyişir. Türkiyə Avropa Birliyindən üz döndərib, siyasəti əasən Şərqə yönədib" Belə bəyanatlar  qeyri-dəqiq, sübutsuz, spekulyativ bəyanatlardır. Bizim siyasətin istiqamətində heç bir dəyişiklik yoxdur. Avropa Birliyinə tamhüququ üzvlük xarici siyasətimizin strateji məqsədidir. Türkiyənin AB-nə olduğu qədər, AB-nin də Türkiyəyə ehtiyacı var", Çavuşoğlu deyib.

Xəbər lenti

Xəbər lenti