...

"Mənim müavinim Konstantin Zatulin Dağlıq Qarabağ münaqişəsində marağı olan şəxsdir" - MDB işləri üzrə Duma komitəsinin rəhbəri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Sentyabr 2010 16:32 (UTC +04:00)
Həm Ermənistan, həm də Azərbaycan tərəfləri anlayır ki, Konstantin Zatulin bu münaqişədə marağı olan şəxsdir və bir tərəfin mövqeyindədir, bu aydındır.
"Mənim müavinim Konstantin Zatulin Dağlıq Qarabağ münaqişəsində marağı olan şəxsdir" - MDB işləri üzrə Duma komitəsinin rəhbəri

Rusiya, Moskva, 23 sentyabr /Trend, müxbir A.Qasımova/

Həm Ermənistan, həm də Azərbaycan tərəfləri anlayır ki, Konstantin Zatulin bu münaqişədə marağı olan şəxsdir və bir tərəfin mövqeyindədir, bu aydındır. Bunu Dumanın MDB işləri üzrə komitəsinin rəhbəri Aleksey Ostrovski deyib.

"Təəssüf ki, cənab Zatulin mənim köməkçimdir və bu mənim iradəmdən asılı deyil", - Ostrovski Dövlət Dumasında Trend-in müxbirinin sualını cavablandırarkən deyib.

"Dövlət Dumasında kvota prinsipi var və Zatulin bu vəzifəni mənim istəyimdən asılı olmayaraq tutub", - Ostrovski qeyd edib.

"Mən ondan fərqli olaraq, onun sözlərinə qiymət verməyəcəyəm", - o əlavə edib.

"Azərbaycan tərəfinə Zatulinin mövqeyi xoş deyilsə, qoy "Vahid Rusiya" partiyasına müraciət edərək soruşsunlar: nə üçün partiyanızda münaqişəli vəziyyətdə konkret olaraq kiminsə tərəfini saxlayan insan oturur", - Ostrovski vurğulayıb.

Dumanın MDB işləri üzrə komitə sədrinin müavini Konstantin Zatulin mətbuatda mütəmadi olaraq Azərbaycan ünvanına kəskin çıxışlar edərək, Dağlıq Qarabağ məsələsində erməniyönümlü mövqe tutur.

Zatulinin "Novosti Armeniya" informasiya agentliyinə bildirdiyinə görə, Dağlıq Qarabağın müstəqilliyini əlindən almaq olmayacaq, onu tanımaq lazımdır.

Müstəqilik günü münasibətilə Ermənistan Prezidenti Serj Sarkisyan Ermənistan və Rusiya arasında əməkdaşlığın dərinləşməsinə, iki xalq arasında dostluğun möhkəmlənməsi və inkişafına verdiyi töhfəyə görə Konstantin Zatulinin fəxri medalla təqdim edilməsi haqqında fərman imzalayıb. Xəbəri "Novosti Armeniya" saytı yayıb.

Xəbər lenti

Xəbər lenti