...

Azərbaycan Parlamentinin spikeri Dağlıq Qarabağ probleminin həllinin yubanmasında erməni lobbisini günahlandırıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 Sentyabr 2010 16:36 (UTC +04:00)
Azərbaycan Parlamentinin spikeri Dağlıq Qarabağ probleminin həllinin yubanmasında erməni lobbisini günahlandırır.
Azərbaycan Parlamentinin spikeri Dağlıq Qarabağ probleminin həllinin yubanmasında erməni lobbisini günahlandırıb

Azərbaycan, Bakı, 29 sentyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan Parlamentinin spikeri Dağlıq Qarabağ probleminin həllinin yubanmasında erməni lobbisini günahlandırır.

Münaqişənin həllinin yubanmasına səbəb bir sıra beynəlxalq qurumların məsələyə ikili standartlar prizmasından yanaşması, xarici ölkələrdəki erməni lobbisinin ölkələrin daxili işlərinə qarışmasıdır. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Bakıda səfərdə olan Çexiya Respublikası Senatının Avropa İttifaqı məsələləri komitəsinin sədri Ludek Şefçiqin başçılıq etdiyi nümayəndə heyətini qəbul edən spiker Oqtay Əsədov çıxışında bildirib. Məlumatı Milli Məclisin mətbuat xidməti yayıb.

Əsədovun sözlərinə görə, ATƏT-in Minsk qrupu uzun müddət problemin həlli ilə məşğul olsa da, hələlik məsələ öz məntiqli həllini tapmayıb.

"Ermənistan Minsk qrupu tərəfindən hazırlanmış, Azərbaycanın da qəbul etdiyi sənədləri və təklifləri qəbul etmək istəmir. Bir sıra nüfuzlu siyasi xadimlər və beynəlxalq təşkilatların söz sahibi olan rəsmiləri problemin mahiyyətini bilsələr də, neytral mövqe tutmağa üstünlük verirlər. Ancaq belə vəziyyət uzun müddət davam edə bilməz. Beynəlxalq birlik problemlə əlaqədar öz qəti fikrini bildirməlidir", - spiker əlavə edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti