...

Ermənistan Qafqazda gedən proseslərə kifayət qədər böyük təhlükə yaradır - azərbaycanlı politoloq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 Oktyabr 2010 15:21 (UTC +04:00)
Ermənistan Qafqazda gedən proseslərə kifayət qədər böyük təhlükə yaradır
Ermənistan Qafqazda gedən proseslərə kifayət qədər böyük təhlükə yaradır - azərbaycanlı politoloq

Azərbaycan, Bakı, 5 oktyabr /Trend, müxbir M.Əliyev/

Ermənistan Qafqazda gedən proseslərə kifayət qədər böyük təhlükə yaradır. Bunu çərşənbə axşamı Trend Beynəlxalq İnformasiya Agentliyinin konfrans zalında keçirilən brifinqdə Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bildirib.

"Ermənistan Qafqazda gedən proseslərə kifayət qədər böyük təhlükə yaradır və bunun əsas səbəbi odur ki, o, müstəqil siyasət apara bilmir", - Əhmədoğlu bildirib.

Politoloqun fikrincə, müstəqilliyin olmaması ermənilərin şüurunda da özünü göstərir və bu, ilk növbədə, onların antitürk xəstəliyinə aludə olmalarından irəli gəlir.

Əhmədoğlu, həmçinin, qeyd edib ki, hazırda Ermənistan ordusunda vəziyyət problematikdir, amma bu problemlərə baxmayaraq, son vaxtlar bu dövlətdə müharibə ehtimalının yüksək olduğu bildirilir. "Hətta ötən ay Ermənistanın müdafiə naziri Ohanyan da bu fikirdə olduğunu bəyan edib", - politoloq bildirib.

Ermənistan ordusundakı vəziyyətdən danışarkən mərkəzin direktoru bildirib ki, həm dövlət-ordu, həm cəmiyyət-ordu, həm də ordunun daxilindəki münasibətlər davamlı olaraq gərginləşməkdədir.

Ermənistan hərbçiləri orduda problemin olduğunu etiraf edirlər və bu problemlər korrupsiya, nizam-intizamın zəif olması, ordu rəhbərliyində intriqaların olması ilə səciyyələnir.

Xəbər lenti

Xəbər lenti