...

Ermənistan, qoşunların təmas xəttində atəşkəs rejimini pozub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Oktyabr 2010 11:57 (UTC +04:00)
Düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur.
Ermənistan, qoşunların təmas xəttində atəşkəs rejimini pozub

Azərbaycan, Bakı, 6 oktyabr /Trend, müxbir K. Zərbalıyeva/

Ermənistan, qoşunların təmas xəttində atəşkəs rejimini pozub. Müdafiə Nazirliyi mətbuat xidmətininn çərşənbə günü yaydığı məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 5-də saat 10:30-dan 10:40-dək və 14:30-dan 14:35-dək Xocavənd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;

saat 19:10-dan 19:25-dək Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti