...

Ermənistan Silahlı Qüvvələrinin bölmələri yeddi istiqamətdə atəşkəs rejimini pozub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 30 Oktyabr 2010 10:38 (UTC +04:00)
Düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri yeddi istiqamətdə atəşkəs rejimini pozub

Azərbaycan, Bakı, 30 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Ermənistan Silahlı Qüvvələrinin bölmələri oktyabrın 29-da saat 18:00-dan 18:05-dək Ermənistan Respublikasının Noyenberyan rayonunun Şavaşavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi; saat 18:00-dan 18:05-dək və 19:40-dan 20:25-dək İcevan rayonunun Azatamut və Berkaber kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Cəfərli və Qızıl Hacılı kəndlərində yerləşən mövqelərimizi; saat 13:25-dən 13:40-dək və 23:30-dan 00:30-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən; saat 18:40-dan 18:45-dək Tərtər rayonunun Qızıl Oba kəndi yaxınlığında yerləşən mövqelərdən; saat 16:30-dan 16:35-dək və 22:05-dən 22:15-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən; saat 17:10-dan 17:12-dək Ağdam rayonunun Mərzili kəndi yaxınlığında yerləşən mövqelərdən; saat 21:20-dən 21:23-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə şənbə günü Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti