...

İsveç Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyir - XİN

Ermənistan-Azərbaycan münaqişəsi Materials 1 Dekabr 2010 13:33 (UTC +04:00)
İsveç Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun və beynəlxalq birliyin qarşıdakı bütün səylərini dəstəkləyir. Bu barədə İsveçin xarici işlər naziri Karl Bild Astanada ATƏT sammitin çərçivəsində bəyan edib.
İsveç Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyir - XİN

Qazaxıstan, Astana, 1 dekabr /Trend, müxbir A.Maratov/

İsveç Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun və beynəlxalq birliyin qarşıdakı bütün səylərini dəstəkləyir. Bu barədə İsveçin xarici işlər naziri Karl Bild Astanada ATƏT sammitin çərçivəsində bəyan edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

ATƏT sammiti 1-2 dekabrda Astanada keçirilir. Bu, son on ildə təşkilatın ilk sammitidir. Sammitdə ATƏT-in üzv ölkələrinin əksəriyyətinin liderləri iştirak edirlər.

Xəbər lenti

Xəbər lenti