...

Dondurulmuş münaqişələrin həllində güc tətbiqi qəbuledilməzdir – Rumıniya Prezidenti

Ermənistan-Azərbaycan münaqişəsi Materials 1 Dekabr 2010 16:22 (UTC +04:00)
ATƏT iştirakçı ölkələrinin ərazilərində dondurulmuş münaqişələrin həllində güc tətbiqi qəbuledilməzdir. Bu barədə Astanada sammitdə Rumıniya Prezidenti Trayan Besesku deyib.
Dondurulmuş münaqişələrin həllində güc tətbiqi qəbuledilməzdir – Rumıniya Prezidenti

Qazaxıstan, Astana, 1 dekabr /Trend, müxbir A.Maratov/

ATƏT iştirakçı ölkələrinin ərazilərində dondurulmuş münaqişələrin həllində güc tətbiqi qəbuledilməzdir. Bu barədə Astanada sammitdə Rumıniya Prezidenti Trayan Besesku deyib.

"Güc tətbiq edilməməsi ATƏT-in üzv ölkələrinin ərazilərində başlıca münaqişələrə - Dnestryanı, Gürcüstandakı münaqişə və Dağlıq Qarabağ probleminə aiddir", - Besesku bəyan edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

2008-ci il avqustun 8-nə keçən gecə tanınmamış "Cənubi Osetiya respublikası"nda irimiqyaslı hərbi əməliyyatlar başlayıb. Gürcüstan qoşunları Sxinvaliyə daxil olub. Sonradan rus qoşunları Sxinvalini tutub və gürcü hərbçiləri Gürcüstan ərazisinə sıxışdırıblar. Avqustun sonlarında Rusiya Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıyıb. Buna cavab olaraq, Tbilisi Moskva ilə diplomatik münasibətləri pozub.

Xəbər lenti

Xəbər lenti