...

Türkiyə və Azərbaycan mətbuatı Dağlıq Qarabağ məsələsinin işıqlandırılmasında birgə çalışmalıdırlar - səfir Hulusi Kılıç

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 Dekabr 2010 11:43 (UTC +04:00)
"Beynəlxalq aləmdə iki ölkə mətbuatının mövqeyi bir olmalıdır, çünki biz eyni yolla irəliləyirik", - səfir bildirib.
Türkiyə və Azərbaycan mətbuatı Dağlıq Qarabağ məsələsinin işıqlandırılmasında birgə çalışmalıdırlar - səfir Hulusi Kılıç

Azərbaycan, Bakı, 2 dekabr /Trend, müxbir T. Hacıyev/

Türkiyə və Azərbaycan mətbuatı Dağlıq Qarabağ məsələsinin işıqlandırılmasında birgə çalışmalıdır. Bunu Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç cümə axşamı iki ölkə mediasının nümayəndələrinin iştirakı ilə Bakıda keçirilən seminarda çıxışında deyib.

"Beynəlxalq aləmdə iki ölkə mətbuatının mövqeyi bir olmalıdır, çünki biz eyni yolla irəliləyirik", - səfir bildirib.

Onun sözlərinə görə, bu baxımdan mətbuatın üzərinə böyük məsuliyyət düşür.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Dünən Türkiyə media nümayəndələrinin Azərbaycana səfəri başlayıb. Səfər sabah başa çatacaq.

Xəbər lenti

Xəbər lenti