...

Azərbaycan tərəfi atəşkəs rejimini pozmayıb – Müdafiə Nazirliyi

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 Dekabr 2010 15:08 (UTC +04:00)
Azərbaycan tərəfi atəşkəs rejimini pozmayıb və Ermənistanla əvvəllər əldə etdiyi razılaşmaya sadiq qalır. Bu barədə şənbə günü Trend-ə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev deyib.
Azərbaycan tərəfi atəşkəs rejimini pozmayıb – Müdafiə Nazirliyi

Azərbaycan, Bakı, 4 dekabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan tərəfi atəşkəs rejimini pozmayıb və Ermənistanla əvvəllər əldə etdiyi razılaşmaya sadiq qalır. Bu barədə şənbə günü Trend-ə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev deyib.

Şənbə günü Ermənistan-Azərbaycan sərhədində snayper silahından istifadə ilə növbəti insident baş verib. Azərbaycan tərəfinin açdığı atəş nəticəsində müddətdən artıq xidmət edən əsgər Samvel Nikolyan güllə yarası alıb, Ermənistan KİV-i məlumat verir.

Atəşkəs rejiminə dair sazişin əldə edildiyi 1994-cü ildən bu günə qədər atəşkəs rejimi mütəmadi olaraq Ermənistan tərəfindən pozulur.

"Əgər Ermənistan ordusunda hansısa silahlı insidentlər baş verirsə, bu onların daxili problemləridir", - Abdullayev qeyd edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti