...

ABŞ Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Rusiyanın fəaliyyətini alqışlayır – Dövlət Departamenti

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 Dekabr 2010 10:44 (UTC +04:00)
ABŞ Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Rusiyanın fəaliyyətini alqışlayır və bu istiqamətdə onunla əməkdaşlığa ümid edir. Bu barədə jurnalistlərə ABŞ dövlət katibinin köməkçisi Filip Qordon bildirib.
ABŞ Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Rusiyanın fəaliyyətini alqışlayır – Dövlət Departamenti

ABŞ Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Rusiyanın fəaliyyətini alqışlayır və bu istiqamətdə onunla əməkdaşlığa ümid edir. Bu barədə jurnalistlərə ABŞ dövlət katibinin köməkçisi Filip Qordon bildirib. Məlumatı İTAR-TASS yayıb.

O qeyd edib ki, bu yaxınlarda Astanada keçirilən ATƏT sammitində Dağlıq Qarabağ əsas müzakirə mövzularından biri olub, ATƏT-in Minsk qrupu isə Azərbaycan və Ermənistan rəhbərləri ilə birgə bununla bağlı bəyanatla çıxış ediblər. "Biz ziddiyyətlərin qalması, eləcə də son vaxtlar regionda baş verən münaqişələrlə bağlı narahatlığımızı ifadə edirik. Bu, qorxulu vəziyyətdir və irəliləyişin əldə olunması üçün bizim səylərimizin intensivliyini zəruri edir", - Qordon bildirib.

Dövlət Departamentinin nümayəndəsi problemin həllində Rusiyanın rolunu qeyd edib və ABŞ-ın Dağlıq Qarabağa "az maraq" göstərməsi ilə razılaşmayıb. "Bəli, Rusiya bu prosesdə fəal rol oynayır və biz ümid edirik ki, ABŞ kimi o da ATƏT-in Minsk arupunun əsas prinsiplərinə əsaslanan sazişin əldə olunmasını istəyir", - Qordon deyib. O həmçinin qeyd edib ki, Vaşinqton "bütün tərəflərlə daimi əlaqədədir və bu münaqişənin həllində çox maraqlıdır".

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti