...

Azərbaycanın işğal edilmiş ərazilərinə getmiş şəxslərin "persona non qrata" elan olunmasına dair qanun qəbul edilməlidir - deputat

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 Dekabr 2010 14:02 (UTC +04:00)
Azərbaycan dövlətinin icazəsi olmadan onun işğal edilmiş ərazilərinə getmiş şəxslərin Azərbaycanda "persona non qrata" elan olunmasına dair qanun qəbul edilməlidir.
Azərbaycanın işğal edilmiş ərazilərinə getmiş şəxslərin "persona non qrata" elan olunmasına dair qanun qəbul edilməlidir - deputat

Azərbaycan, Bakı, 21 dekabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan dövlətinin icazəsi olmadan onun işğal edilmiş ərazilərinə getmiş şəxslərin Azərbaycanda "persona non qrata" elan olunmasına dair qanun qəbul edilməlidir. Trend-in məlumatına görə, bu təkliflə Milli Məclisin çərşənbə axşamı keçirilən iclasında deputat Qənirə Paşayeva çıxış edib.

"Bu qanun təkcə siyasətçilərə deyil, mədəniyyət xadimlərinə də aid olmalıdır", - Paşayeva deyib.

Deputat həmçinin bildirib ki, Tomaş Pareba ilə bağlı Avropa Parlamentinin rəhbərliyinə göndəriləcək müraciətin bütün avropalı parlamentarilərə ünvanlandırılması çox vacibdir, bu müraciət Polşa Parlamentinin rəhbərliyinə və deputatlarına ayrıca göndərilməlidir.

Paşayeva bütün Azərbaycan diaspor təşkilatlarını da Avropa ölkələrinin parlamentlərinə Tomas Parebaya etiraz müraciətlərinin göndərilməsinə çağırıb.

Ermənistan KİV-i xəbər verir ki, Avropa Parlamentinin deputatı, Ermənistan üzrə məruzəçisi Tomaş Porebu dekabrın 19-dan Dağlıq Qarabağda səfərdədir, orada tanınmamış "respublikanın" rəhbərliyi ilə görüşlər keçirir və Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair məsələləri, regiondakı vəziyyəti və ikitərəfli münasibətləri müzakirə edir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti