...

Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik - Türkiyə xarici işlər naziri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Dekabr 2010 15:05 (UTC +04:00)
Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik - Türkiyə xarici işlər naziri
Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik -  Türkiyə xarici işlər naziri

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu İstanbulda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının toplantısında rəsmi Ankaranın hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirib. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Haber 7" telekanalı məlumat verib.

Davudoğlu onu da qeyd edib ki , Ankara regionda uzun müddətli sülhün olması üçün bütün vasitələrdən istifadə edir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti