...

Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini pozması nəticəsində Azərbaycan ordusunun əsgəri ağır yaralanıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Yanvar 2011 12:31 (UTC +04:00)
Ermənistan silahlı qüvvələrinin bölmələri yenidən atəşkəs rejimini pozublar.
Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini pozması nəticəsində Azərbaycan ordusunun əsgəri ağır yaralanıb

Аzərbaycan, Bakı, 6 yanvar /Trend, müxbir М.Əliyev/

Ermənistan silahlı qüvvələrinin bölmələri yenidən atəşkəs rejimini pozublar. Yanvarın 6-da saat 08:15 radələrində Ermənistan silahlı bölmələrinin Ağdam rayonunun Mərzili kəndi ərazisindən açdığı atəş nəticəsində əsgər, 1991-ci il təvəllüdlü Hüseynov Ülvi İftixar oğlu döş nahiyəsindən və sağ qolundan yaralanıb. Bu barədə Trend-ə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Hüseynov 2010-cu ilin yanvarında Qaradağ rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb. Əsgərin vəziyyəti ağırdır.

Düşmən cavab atəşi ilə susdurulub.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti