...

Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdə atəşkəs rejimini pozub - Azərbaycan Müdafiə Nazirliyi

Ermənistan-Azərbaycan münaqişəsi Materials 10 Fevral 2011 10:01 (UTC +04:00)
Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdə atəşkəs rejimini pozub
Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdə atəşkəs rejimini pozub - Azərbaycan Müdafiə Nazirliyi

Azərbaycan, Bakı, 10 fevral /Trend, müxbir K.Zərbalıyeva/ Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdə atəşkəs rejimini pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri fevralın 9-da saat 18.05-dən 18.10-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 12.45-dən 12.50-dək və fevralın 10-da saat 05.35-dən 05.45-dək Ağdam rayonunun Cəvahirli və Baş Qərvənd kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti