...

NATO Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında iştirak etməyəcək – xüsusi nümayəndə

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 Fevral 2011 20:42 (UTC +04:00)
NATO Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasında iştirak etmək niyyətində deyil. Bunu bazar ertəsi NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya ölkələri ilə əlaqələr üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay deyib.
NATO Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında iştirak etməyəcək – xüsusi nümayəndə

NATO Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasında iştirak etmək niyyətində deyil. Bunu bazar ertəsi NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya ölkələri ilə əlaqələr üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay deyib. Trend-in məlumatına görə, bu barədə RİA Novosti yazır.

"NATO Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasında öz rolunu görmür, lakin iki ölkənin cari münasibətləri bizdə narahatlıq doğurur", - o Moskvada mətbuat konfransında bildirib. Appaturay onu da əlavə edib ki, Şimali Atlantika Alyansı Cənubi Osetiya və Abxaziya məsələlərində heç bir vəchlə iştirak etmək niyyətində deyil.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti