...

Rusiya və İtaliya XİN rəhbərlərinin müavinləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə ediblər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 10 Mart 2011 20:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 mart /Trend/

Dövlət katibi - Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin və İtaliya xarici işlər nazirinin müavini Alfredo Mantika Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə ediblər. Bu barədə Rusiya XİN-in press-relizində deyilir.

Bu məsələ cümə axşamı baş tutan görüşdə müzakirə edilib. Söhbət zamanı Dağlıq Qarabağ nizamlanması ilə yanaşı, Cənubi Qafqazdakı vəziyyət, o cümlədən Cənubi Qafqazda sabitlik məsələləri üzrə beynəlxalq müzakirələrin 15-ci raundunun yekunları, eləcə də Belarusla bağlı vəziyyət də müzakirə edilib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti