...

Ermənistan azyaşlı uşağı qətlə yetirməklə humanizm prinsiplərini tanımadığını nümayiş etdirir - Bayram Səfərov

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 Mart 2011 14:39 (UTC +04:00)
Ermənistan azyaşlı uşağı qətlə yetirməklə beynəlxalq qayda-qanunları, o cümlədən humanizm prinsiplərini tanımadığını nümayiş etdirir.
Ermənistan azyaşlı uşağı qətlə yetirməklə humanizm prinsiplərini tanımadığını nümayiş etdirir - Bayram Səfərov

Azərbaycan, Bakı, 14 mart /Trend, müxbir M.Əliyev/

Ermənistan azyaşlı uşağı qətlə yetirməklə beynəlxalq qayda-qanunları, o cümlədən humanizm prinsiplərini tanımadığını nümayiş etdirir. Trend-in məlumatına görə, bunu bazar ertəsi hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytına "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin (İB) sədri Bayram Səfərov bildirib.

"Bu fakt açıq-aşkar Ermənistanın mahiyyətindən xəbər verir", - Səfərov qeyd edib.

Onun sözlərinə görə, bununla da işğalçı dövlət beynəlxalq ictimaiyyətə meydan oxuyur. İB sədri hesab edir ki, nüfuzlu beynəlxalq təşkilatlar, ATƏT-in Minsk qrupu bu fakta ciddi yanaşmalıdırlar. "Əks halda, Azərbaycan xalqının bu təşkilatlara heç bir inamı qalmayacaq", - Səfərov bildirib.

Ermənistan silahlı qüvvələrini atəşkəs rejimini pozması nəticəsində matrın 8-də saat 17-18 bradələrində Orta Qərvənd kəndinin 9 yaşlı sakini Fariz Arif oğlu Bədəlov öz evinin həyətində oynayan zaman Ermənistan qoşunlarının işğal etdikləri Şıxlar kəndi tərəfdən açılan atəşlə qətlə yetirilib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd

Xəbər lenti

Xəbər lenti