Azərbaycan, Bakı, 6 aprel /Trend/
Ermənistan silahlı qüvvələrinin bölmələri çərşənbə axşamı saat 22:40-dan 22:50-dək Noyenberyan rayonunun Berdavan kəndi yaxınlığında yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndində yerləşən mövqelərimizi, saat 23:25-dən 23:35-dək və aprelin 6-da saat 04:20-dən 04:25-dək Füzuli rayonunun Aşağı Seyidəhmədli və Alxanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Bu barədə Trend-ə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur.
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini pozub
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini pozub
