...

Aİ Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında ATƏT-in Minsk qrupuna dəstəyi genişləndirməyə hazırdır - Avropa komissarı

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 Aprel 2011 11:16 (UTC +04:00)
Hazırda Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlarda rəsmi rol oynamır.
Aİ Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında ATƏT-in Minsk qrupuna dəstəyi genişləndirməyə hazırdır - Avropa komissarı

Azərbaycan, Bakı, 29 aprel /Trend/

Hazırda Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlarda rəsmi rol oynamır. Lakin uzunmüddətli perspektivdə Aİ ATƏT-in Minsk qrupuna göstərilən dəstəyi, məsələn, etimadın möhkəmləndirilməsi üzrə tədbirlərin maliyyələşdirilməsinin artırılması hesabına genişləndirməyə hazırdır. Bu barədə Aİ-nin genişlənmə və Avropa Qonşuluq məsələləri üzrə komissarı Ştefan Füle bəyan edib.

"Bu mərhələdə Aİ-nin xidmətləri yerli cəmiyyətlər səviyyəsində etimadın möhkəmləndirilməsi üzrə səy göstərən vətəndaş cəmiyyəti qurumlarına maliyyə dəstəyinin təmin olunması ilə məhdudlaşır. Aİ bu münaqişədə beynəlxalq vasitəçi kimi ATƏT-in Minsk qrupunun işini dəstəkləməyi və vasitəçilərlə sıx əlaqəni təmin etməyi davat etdirir", - Trend-in məlumatına görə, Füle "Mediamaks"a müsahibəsində bildirib.

Avropa komissarının sözlərinə görə, Aİ Azərbaycanda və Ermənistanda demokratikləşmənin və qanunun aliliyinin dəstəklənməsinə də əhəmiyyətli kömək göstərir. Füle assosiasiyalar haqqında sazişin Azərbaycanın və Ermənistanın Aİ ilə bir qədər də yaxınlaşmasına kömək göstərəcəyinə ümidini ifadə edib.

Onun sözlərinə görə, nəticədə ölkələr Dağlıq Qarabağ münaqişəsinə dair sülh qərarının qəbul edilməsinə daha yaxşı hazırlaşa biləcəklər.

"Bundan əlavə, hesab edirik ki, Aİ Avropanın qonşuluğundakı bütün dondurulmuş münaqişələrə münasibətdə biganə qala bilməz, çünki onlar bizim təhlükəsizliyimizə birbaşa təsir göstərir. Lissabon müqaviləsinin qüvvəyə minməsi bizə yeni vasitələr və imkanlar verib. Biz onlardan daha səmərəli istifadə edə biləcəyik", - o əlavə edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti