...

BMT-nin qaçqınlar üzrə ali komissarı azərbaycanlı məcburi köçkünlərin həyat şəraiti ilə tanış olub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 May 2011 17:22 (UTC +04:00)
Trend-in məlumatına görə, ali komissar erməni təcavüzü nəticəsində öz doğma yurd-yuvalarından qovulan azərbaycanlı məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı Bakının Binəqədi rayonundakı yataqxanalardan birində olub.
BMT-nin qaçqınlar üzrə ali komissarı azərbaycanlı məcburi köçkünlərin həyat şəraiti ilə tanış olub

Azərbaycan, Bakı, 18 may /Trend, müxbir M.Əliyev/

BMT-nin qaçqınlar üzrə ali komissarı Antonio Quterreş Azərbaycana səfəri çərçivəsində çərşənbə günü Baş nazirin müavini, Azərbaycanın Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sdəri Əli Həsənov ilə birlikdə azərbaycanlı məcburi köçkünlərin müvəqqəti yaşayış yerlərində olub.

Trend-in məlumatına görə, ali komissar erməni təcavüzü nəticəsində öz doğma yurd-yuvalarından qovulan azərbaycanlı məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı Bakının Binəqədi rayonundakı yataqxanalardan birində olub.

Sonra qonaq Binəqədi rayonunda məburi köçkünlər üçün tikilən yeni qəsəbə ilə tanış olub.

Bundan əvvəl Quterreş Ağdam və Yevlax rayonlarına baş çəkərək məcburi köçkünlərin həyat şəraiti ilə tanış olmuşdu.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti