...

Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının baza prinsiplərini təsdiqləməyin vaxtı çatıb - Filipp Qordon

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 May 2011 11:32 (UTC +04:00)
İşləri başa çatdırmağın və Dağlıq Qarabağ tənzimlənməsinin baza prinsiplərini təsdiqləməyin, sülh sazişi üzərində işə başlamağın vaxtı çatıb. ABŞ dövlət katibinin köməkçisi Filipp Qordon belə hesab edir.
Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının baza prinsiplərini təsdiqləməyin vaxtı çatıb - Filipp Qordon

Azərbaycan, Bakı, 19 may /Trend, müxbir A.Qasımova/

İşləri başa çatdırmağın və Dağlıq Qarabağ tənzimlənməsinin baza prinsiplərini təsdiqləməyin, sülh sazişi üzərində işə başlamağın vaxtı çatıb. ABŞ dövlət katibinin köməkçisi Filipp Qordon belə hesab edir.

"Bizim Aİ və digər beynəlxalq tərəfdaşlarla Qafqazdakı birgə səylərimiz irəliləyişi təmin edib, lakin ərazilər ətrafındakı mübahisələr və gələcək siyasi və iqtisadi islahatların zəruriliyi sabitlik üçün başlıca maneə olaraq qalır", - Qordon mayın 18-də Senatın Xarici əlaqələr komitəsinin Avropa işləri üzrə alt komitəsində çıxışı zamanı bildirib. Trend-in məlumatına görə, bu barədə ABŞ Senatının rəsmi saytında deyilir.

Qordonun sözlərinə görə, ABŞ Ermənistanla Azərbaycanın Dağlıq Qarabağ münaqişəsində dinc nizamlanmaya nail olmalarına kömək etmək üçün ATƏT-in Minsk qrupu ilə qarşılıqlı əlaqələrini artıracaq.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti