...

Ermənistan Silahlı Qüvvələri Azərbaycanın bir mülki vətəndaşını öldürüb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 İyun 2011 20:44 (UTC +04:00)
Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində cümə günü Azərbaycanın bir mülki vətəndaşı həlak olub.
Ermənistan Silahlı Qüvvələri Azərbaycanın bir mülki vətəndaşını öldürüb

Azərbaycan, Bərdə, 3 iyun /Trend, müxbir Ş.Cəliloğlu/

Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində cümə günü Azərbaycanın bir mülki vətəndaşı həlak olub.

Trend-in bölgə müxbirinin məlumatına görə, Ağdam rayonunun Çəmənlı kəndi yaxınlığında, qoşunların təmas xəttində mal-qara otaran Ağcabədi rayon sakini Elmar Piriyev erməni silahlıları tərəfindən öldürülüb.

Baş verən hadisə ilə bağlı hələ ki rəsmi məlumat verilmir.

Bundan əvvəl martın 8-də Ermənistan Silahlı Qüvvələrinin Ağdamın işğal altında olan Şıxlar kəndi istiqamətində atəşkəsi pozması nəticəsində Azərbaycanın bir mülki vətəndaşı - Orta Qərvənd kəndinin 9 yaşlı sakini Fariz Arif oğlu Bədəlov həyətdə oynayarkən aldığı güllə yarasından ölüb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti