Azərbaycan, Bakı, 5 iyul /Trend/
Ermənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəs rejimini pozub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 4-də saat 15.10-dan 15.15-dək, 19.30-dan 19.35-dək və iyulun 5-də saat 00.15-dən 00.25-dək, 01.45-dən 01.50-dək və 02.35-dən 02.40-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Qaraxanbəyli, Aşağı Seyıdəhmədli və Horadiz kəndləri yaxınlığında yerləşən mövqelərdən;
- saat 22.45-dən 22.55-dək Ağdam rayonunun Cəvahirli kəndi yaxınlığında yerləşən mövqelərdən;
- iyulun 5-də saat 01.45-dən 01.50-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- saat 02.30-dan 02.40-dək Cəbrayıl rayonunun Cocuq-Mərcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.