...

Avropa Parlamentinin üzvləri ermənilər tərəfindən azərbaycanlı qızın öldürülməsini pisləyiblər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 16 İyul 2011 13:05 (UTC +04:00)
Avropa Parlamentinin üzvləri ermənilər tərəfindən azərbaycanlı qızın öldürülməsini pisləyiblər.
Avropa Parlamentinin üzvləri ermənilər tərəfindən azərbaycanlı qızın öldürülməsini pisləyiblər

Azərbaycan, Ağdam, 16 iyul /Trend, müxbir Ş.Cəliloğlu/

Avropa Parlamentinin üzvləri ermənilər tərəfindən azərbaycanlı qızın öldürülməsini pisləyiblər.

"Biz Azərbaycanda olarkən 13 yaşlı uşağın öldürülməsi barədə məlumat aldıq. Uşağın qətlinə heç bir izah haqq qazandıra bilməz", - Trend-in məlumatına görə, şənbə günü Avropa Parlamentinin üzvü Ferreyra Fernandez Xose Manuel Ağdamda jurnalistlərə bildirib.

O, ermənilərin bu cür hərəkətlərini yolveilməz adlandırıb.

Azərbaycanın Tovuz rayonunun Ermənistanla həmsərhəd olan Əlibəyli kəndində partlayıcı qurğunun işə düşməsi nəticəsində 1998-ci il təvəllüdlü Şahmalıyeva Aygün Zirəddin qızı həlak olub, onun anası 1979-cu il təvəllüdlü Şahmalıyeva Elnarə Məmmədtağı qızı isə bədəninin bud nahiyəsindən xəsarət alaraq yaralanıb.

Partlayıcı qurğu quraşdırılmış "itəbənzər" uşaq oyuncağı ermənilər tərəfindən Əlibəyli kəndinə daxil olan Tovuz çayına buraxılıb.

Həmin ərazidə oynayan Cəfərov Elsəvər Həsən oğlu və Şahmalıyeva Aygün Zirəddin qızı oyuncağı taparaq Cəfərov Həsənin evinə gətiriblər. Evdə oynayan zaman Aygün Şahmalıyeva oyuncağı masanın üstünə vurub və nəticədə partlayış baş verib.

Şahmalıyevlər ailəsi Rusiyanın Sankt-Peterburq şəhərində yaşayır. Ailə üzvləri Əlibəyli kəndinə qohumlarının yanına qonaq gəliblər.

Faktla bağlı Tovuz rayon prokurorluğu araşdırma aparır.
1994-cü ildə də həmin ərazidə analoji hadisə baş vermişdi. Belə ki, ermənilər tərəfindən çaya buraxılan oyuncağı götürərkən partlayışın baş verməsi nəticəsində iki azyaşlı uşaq həlak olmuş, biri isə yaralanmışdı.

Şənbə günü Azərbaycanın Ağdam rayonunun Quzanlı kəndində qaçqın və məcburi köçkünlərlə görüşdə Ferreyra Fernandes Xose Manuel öz doğma torpaqlarına dinc yolla qayıtmağı arzu edən Azərbaycan xalqının sülhsevərliyini qeyd edib.

Nümayəndə heyətinin üzvləri deyiblər ki, qayıtdıqdan sonra Avropa Parlamentinə Azərbaycanda gördükləri və eşitdikləri barədə məlumat verəcək, münaqişənin ədalətli yolla həllinə kömək etməyə çalışacaqlar.

Avropa Parlamentinin üzvləri Ferreyra Fernandez Xose Manuel, Franko Qaston və Belçika parlamentinin üzvü Alen Desteks şənbə günü Azərbaycanın Ağdam rayonuna səfər ediblər və Ağdamda məskunlaşan qaçqın və məcburi köçkünlərlə görüşüblər.

Xəbər lenti

Xəbər lenti