...

ABŞ-ın Qarabağ separatçılarına maliyyə yardımını dayandırması müsbət haldır - vitse-spiker

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 İyul 2011 14:26 (UTC +04:00)
ABŞ-ın Qarabağ separatçılarına maliyyə yardımını dayandırması müsbət haldır.
ABŞ-ın Qarabağ separatçılarına maliyyə yardımını dayandırması müsbət haldır - vitse-spiker

Azərbaycan, Bakı, 29 iyul /Trend, müxbir T.Hacıyev/

ABŞ-ın Qarabağ separatçılarına maliyyə yardımını dayandırması müsbət haldır. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə Milli Məclisin vitse-spikeri Bahar Muradova bildirib.

"Hər zaman başqalarının əlinə baxan, verdiyi yardımlara öyrəşmiş Ermənistanın bu dəfə yardımların azaldılmasından narahatlıq keçirməsi təbiidir. Çünki bu ölkənin vəziyyəti kritikdir. Öz vətəndaşlarını normal şəkildə yedirib, geyindirib, normal əməkhaqqı verə bilmir", - Muradova əlavə edib.

O qeyd edib ki, rəsmi Vaşinqton ermənilərin narazılığına baxmayaraq, bu addımı davam etdirməlidir. Muradova hesab edir ki, bununla da ABŞ artıq ermənilərin, erməni lobbisinin maraqlarını deyil, öz maraqlarını daha üstün tutduğunu göstərir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti